ASA icbari sığorta ilə bağlı təbliğat və təşviqat işlərini aktivləşdirib

ASA icbari sığorta ilə bağlı təbliğat və təşviqat işlərini aktivləşdirib
# 14 yanvar 2020 13:16 (UTC +04:00)

“İcbari sığortalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB (ASA) tərəfindən təbliğat və təşviqat işləri aktivləşdirilib.

APA-Economics” bu barədə ASA son günlər daşınmaz əmlakın icbari sığortası üzrə mətbuat və ictimaiyyətdə gedən geniş müzakirələrlə bağlı açıqlamasına istinadən xəbər verir.

“Son illər ərzində ölkədə baş vermiş təbii fəlakətlər və iri həcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin ödənilməsi kontekstində gündəmə gəlmiş çətinliklər daşınmaz əmlakın icbari sığortasının vacibliyini təkrarən vurğulayıb. Bu məqsədlə, “İcbari sığortalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də ASA tərəfindən təbliğat və təşviqat işləri aktivləşdiriib”, - ASA-nın məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, bir sıra hallarda, təəssüf ki, bu fəaliyyət əmlakın icbari sığortası vasitəsilə fiziki və hüquqi şəxslərin əldə edəcəkləri fayda və risklərə qarşı təminatın təbliği ilə yanaşı daha çox qanunvericilikdən irəli gələn cərimələrin qabardılması tərzində aparılıb: “ASA-nın mövqeyi ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqinin aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq, sığorta şirkətləri və sığorta vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır. Bu istiqamətdə əhalinin maliyyə savadlılığının artırılması ölkədə sığorta mədəniyyətinin dərinləşməsinə xidmət edəcək”

İl ərzində ASA əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində müxtəlif kampaniya və tədbirlər həyata keçirməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR