General Mustafa Nəsirovun 95 ilik yubileyi münasibəti ilə tədbir keçirilib

General Mustafa Nəsirovun 95 ilik yubileyi münasibəti ilə tədbir keçirilib
# 21 oktyabr 2016 09:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Respublika Veteranlar Təşkilatında general-mayor Mustafa Nəsirovun 95 ilik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın xəbərinə görə, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib ki, M. Nəsirovun Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında böyük xidmətləri olub.

C. Xəlilov qeyd edib ki, M. Nəsirov Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi, Neftçala və Naxçıvan Sərhəd Dəstələrinin rəisi vəzifələrində çalışıb: "O, 1968-ci ilin oktyabrından ümumimilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Mustafa Nəsirov 1993-cü ilin avqustunda Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin edilib. Mustafa Nəsirov ölkəmizdə veteran hərəkətinin inkişafına da böyük töhfələr verib".

Tədbirdə general-mayor Abbasəli Novruzov bildirib ki, müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının qurulmasında və inkişafında M. Nəsirovun danılmaz rolu olub.

Tədbirdə M. Nəsirov haqda çəkilmiş film təqdim edilib.

Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR