Balakəndə 69 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Kortala kəndində baş verib.
Kənd sakini, 1952-ci il təvəllüdlü Həsən Məmməd oğlu Umrayev ağacdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.