Samuxda avtomobil traktora çırpılıb, yaralanan var

Samuxda avtomobil traktora çırpılıb, yaralanan var
# 06 avqust 2015 09:19 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

Qarayeri sakini, 1990-cı il təvəllüdlü Emin Qiyasov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə gedən traktora çırpılıb. Qəza zamanı sürücü E. Qiyasov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR