Azərbaycan Ümumdünya Turizm Təşkilatının sessiyasında iştirak edəcək

Azərbaycan Ümumdünya Turizm Təşkilatının sessiyasında iştirak edəcək
# 08 sentyabr 2015 15:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Kolumbiyanın Medellin şəhərində keçiriləcək Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 21-ci sessiyasında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfrans sentyabrın 12-dən 17-dək baş tutacaq.

Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Görüşdə Azərbaycanın Kolumbiyada akkreditasiya olunmuş səfiri İlqar Muxtarov və Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin rəhbəri Nahid Bağırov da iştirak edəcək.

Nazirlikdən bildiriblər ki, Azərbaycanın İcraiyyə Şurasına rəhbərlik etmək üçün namizədliyi irəli sürüb. Bununla bağlı səsvermə Şuranın Kolumbiyada keçiriləcək sessiyasında baş tutacaq.

Medellin şəhərində Proqram və Büdcə Komitəsinə, Turizm və davamlılıq Komitəsinə, Turizm və Rəqabət Komitəsinə və digər komitələrə üzv ölkələr seçiləcək, eləcə də müxtəlif sənədlərin müzakirələri, turizm mövzusunda debatlar, fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR