Zaqatalada 22 yaşlı oğlanı çaqqal dişləyib

Zaqatalada 22 yaşlı oğlanı çaqqal dişləyib
# 18 avqust 2015 08:56 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda 22 yaşlı oğlanı çaqqal dişləyib.

Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 17-də günorta saatlarında rayonun Paşan kənd sakini, 1993-cü il təvəllüdlü Abdulməcid İbadullah oğlu Şabanov vəhşi heyvan dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, o, yaşadığı evin həyətyanı sahəsində gəzərkən çaqqal hücumuna məruz qalıb. Heyvan onun sol baldır nahiyəsindən dişləyib. Zərərçəkənə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, avqust ayının 6-da rayonun altı sakini çaqqal dişləməsi xəsarəti ilə MRX-a müraciət etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR