Gəncədə yeni məktəb-lisey kompleksinin açılışı olub

Gəncədə yeni məktəb-lisey kompleksinin açılışı olub
# 23 dekabr 2016 14:50 (UTC +04:00)

Gəncədə şəhərində yeni məktəb-lisey kompleksinin açılışı olub. APA-nın məlumatına görə, İmadəddin Nəsimi adına Gəncə şəhər 44 nömrəli məktəb-lisey kompleksi əsaslı təmirdən sonra istifadəyə verilib.

Kompleksin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən məktəbin direktoru Knyaz Süleymanov bildirib ki, təhsil ocağı 2011-2012-ci ildə “İlin Məktəbi” müsabiqəsinin qalibi olub. Cari təhsil ilində tam orta məktəbdə 1172 şagird təhsil aldığını vurğulayan Knyaz Süleymanov qeyd edib ki, onlara 120 nəfər müəllim elm-bilik öyrədir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə bildirib ki, dövlət proqramına uyğun olaraq 2016-ci ilin sonuna kimi Gəncədə daha 2 tam orta məktəb, 1 internat tipli məktəb, 2 körpələr evi uşaq baxcasının əsaslı şəkildə təmirdən sonra açılışı olacaq.

1973-cü ildə tikilən məktəb ilk dəfə əsaslı təmir edilib. 2 hektardan çox ərazidə inşa olunan 3 mərtəbəli məktəb binasında tibb ocağı, kitabxana, idman zalı, laboratoriya, 3 kompyuter otağı və 51 sinif otağı var. Bir “Qabaqcıl təhsil işçisi”nin çalışdığı məktəbin bu il 68 faiz şagirdi universitetə qəbul olaraq şəhər üzrə ən yüksək göstərici əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR