Göygöldə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 04 mart 2017 19:15 (UTC +04:00)

Göygöldə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə o, Gədəbəy rayon sakini 1970-ci il təvəllüdlü Haqverdiyev Bəylər Fərman oğludur.

Qeyd edək ki, piyadanı vurmuş “Toyota Prado”-nun sürücüsü və sərnişinləri ilə həkimlər arasında xəstəxanada insident baş verib.

Münaqişə zamanı həkimlərə qarşı zor tətbiq edilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

**** 21.15

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR