“Qalatasaray” “Sevilya”nın müdafiəçisi ilə anlaşıb

“Qalatasaray” “Sevilya”nın müdafiəçisi ilə anlaşıb
# 11 iyul 2017 13:55 (UTC +04:00)

“Qalatasaray” mövsümlərarası fasilədə 4-cü əcnəbi transferinə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” müdafiənin sağ cinahındakı problemi yoluna qoymaq üzrədi.

Belə ki, Sabri Sarıoğlunun gedişindən sonra boş qalan cinahda yeni mövsümdən “Sevilya”nın oyunçusu Marianonun oynaması gözlənilir. Çünki “sarı-qırmızılılar” İspaniya klubu ilə aparılan uzunmüddətli danışıqlardan sonra qarşı tərəfin razılığını ala bilib.

La Liqa təmsilçisi İstanbul nəhənginin 4,6 milyon avroluq təklifini qəbul edib. 31 yaşlı oyunçunun yaxın günlərdə yeni komandası ilə 3 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Maykon, Yunes Belhanda və Bafetimbi Qomisi transfer edən “Qalatasaray” “Vest Hem”in yarımmüdafiəçisi Sofian Fequli, “Şalke”nin hücumçusu Yevgeni Konoplyanka və “Roma”nın orta sahə oyunçusu Villiam Vaynkuerlə də maraqlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR