"Pakistan Milli Bankı Bakı filialı" 9 ayı mənfəətlə başa vurub

 "Pakistan Milli Bankı Bakı filialı" 9 ayı mənfəətlə başa vurub
# 22 noyabr 2016 14:09 (UTC +04:00)

2016-cı ilin III rübündə "Pakistan Milli Bankı Bakı filialı"nın aktivlərinin həcmi 537,114 mln. manat təşkil edib ki, bu da III rüblə müqayisədə 0,37% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,5% azalaraq 1,831 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında bankın depozit portfeli 579,850 min manat təşkil edib ki, bu da II rüblə müqayisədə 0,3% çoxdur. Bankın öhdəlikləri isə 0,6% artaraq 857,530 min manata bərabər olub.

Hesabat dövründə məcmu kapitalı 0,55% azalaraq 10,301 mln. manat, nizamnamə kapitalı isə 9 mln. 420 min manat təşkil edib.

Bankın gəlirləri 417,670 min manata, xərclər isə 555,040 min manata bərabər olub.

Bank bu ilin 9 ayını 75,66 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR