Tərtər sakini keçmiş qaynına ölümcül xəsarət yetirib

Tərtər sakini keçmiş qaynına ölümcül xəsarət yetirib
# 31 avqust 2017 08:21 (UTC +04:00)

Tərtərdə сinayət hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1990-cı il təvəllüdlü Tağı Mətləb oğlu Həsənov aralarında yaranmış mübahisə zəminində keçmiş qaynı, 1991-ci il təvəllüdlü Ruslan Ağalarova çoxsaylı bıçaq xəsarətləri yetirib. R. Ağalarov ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən T. Həsənov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR