Yevlaxda yeməkxana yanıb

Yevlaxda yeməkxana yanıb
# 24 iyul 2015 12:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Yevlaxda yeməkxanada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonu, Aran qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan bir dam altında tikilən yeməkxananın içərisində 4 ədəd kondisioner, 1 ədəd soyuducu, 14 ədəd stol-stul, bitişik mağazanın içərisində 1 ədəd vitrin soyuducu və ümumi dam örtüyünün yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR