Fransada polis əməkdaşları etiraz aksiyası keçirib

Fransada polis əməkdaşları etiraz aksiyası keçirib
# 21 oktyabr 2016 06:11 (UTC +04:00)

Bakı-APA. Fransada polislərin xuliqanlarla qarşıdurmalarda xəsarət almış həmkarlarına dəstək olaraq təşkil etdikləri etiraz aksiyaları davam etdirilir.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, oktyabrın 21-nə keçən gecə Eyfel qülləsi yaxınlığındakı Trokadero meydanına 500-dək asayiş keşikçisi toplaşıb. Üzlərini gizlədən mülki geyimli aksiya iştirakçıları Yelisey çöllərinə doğru yürüş ediblər.

Etirazçılar yürüş zamanı “Marselyeza” himnini ifa edərək, “Polislər qəzəblənib” və “Qaznev (DİN rəhbəri) istefa” şüarları səsləndiriblər.

Məlumata görə, analoji aksiyalar Lion, Tuluza və Nitsada keçirilir.

Qeyd edək ki, Eson departamentində oktyabrın 8-də bir qrup gənc və polis əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə 28 yaşlı asayiş keşikçisi ağır yanıq xəsarətləri alaraq koma vəziyyətinə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR