Bank Of Baku

Bakıda oğlan şagirdin uzun saçına irad bildirən müəllimə töhmət verilib - VİDEO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 16 dekabr 2021 17:07 (UTC +04:00)

"Paytaxtdakı 116 nömrəli tam orta məktəbdə oğlan şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.

Qeyd edək ki, haqqında bəhs edilən şagird jurnalist Röya Rəfilinin övladıdır. Jurnalist baş verən hadisə barədə sosial şəbəkədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR