Çilidə baş verən meşə yanğınlarında 10 nəfər ölüb

Çilidə baş verən meşə yanğınlarında 10 nəfər ölüb
# 27 yanvar 2017 23:37 (UTC +04:00)

Çilinin cənub bölgəsində baş verən meşə yanğınları zamanı 10 nəfər ölüb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyətinin yanğınsöndürən oldu]u bildirilir.

“Əminliklə deyə bilərəm ki, Çili tarixində bu cür irimiqyaslı meşə yanğınları olmayıb”, deyə ölkə prezidenti Mişel Baçelet bildirib.

Qeyd edək ki, meşə yanğınları ilə əlaqədar Çilidə fövqəladə vəziyyət elan olunub. Hazırda alov 190 min min hektar ərazini əhatə edir. Yanğının söndürülməsinə yerli qüvvələrlə yanaşı ABŞ, Fransa, Peru və Meksika yanğınsöndürənləri də cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR