Tovuzda avtomobil aşıb

Tovuzda avtomobil aşıb
# 26 avqust 2017 08:41 (UTC +04:00)

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

VAZ markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində müxtəlif xəsarətlər alan Tağıyev Qoşqar Sarvan oğlu xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR