Azərbaycan yığması reytinq siyahısında 1 pillə geriləyib

Azərbaycan yığması reytinq siyahısında 1 pillə geriləyib
# 18 noyabr 2016 11:55 (UTC +04:00)

Milli komandaların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, son 3 böyük yarışın nəticələrinə əsasən tərtib olunan siyahıda Avropanın 55 yığması yer alıb.

DÇ-2014 və AÇ-2016-nın həm seçmə, həm final mərhələlərini, həmçinin DÇ-2018-in arxada qalan seçmə oyunlarını özündə əks etdirən cədvəldə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib.

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzan yığmamızın xal hesabı 16 min 701-ə qədər azalıb. Bu matçadək 16 min 871 xalı olan millimiz 164 xal itirib.

Bu xal itkisi Robert Prosineçkinin yetirmələrinin 39-cu yerə enməsi ilə nəticələnib. Komandamız 38-ci pilləni Kiprə təhvil verib. Kipr, həmçinin Macarıstan, Danimarka və Ermənistan hamıdan çox – 3 pillə irəliləyib. Albaniya isə 5 addım geri atıb. Cədvəlin lideri Almaniya mövqeyini qorusa da, ilk “üçlük”də qərarlaşan Fransa ilə Belçika yerlərini dəyişib.

Millimizin seçmə qrupundakı rəqiblərdən Almaniya 1-ci, San-Marino 54-cü yerdə qalıbsa, hərəyə 1 pillə irəliləyən Çexiya 23-cü, Şimali İrlandiya 26-cı olub. Norveç isə 32-ci yerə enib.

Milli komandaların UEFA reytinqi

yer

ötən ay

komanda

əmsal

1

1

Almaniya

33086

2

3

Belçika

31382

3

2

Fransa

31268

4

4

Portuqaliya

31155

5

6

İspaniya

29730

6

7

İngiltərə

29651

7

5

Rusiya

29258

8

8

İtaliya

29106

9

9

İsveçrə

28796

10

10

Xorvatiya

27099

11

11

Polşa

26802

12

12

İslandiya

24995

13

15

Hollandiya

24965

14

13

Avstriya

24958

15

14

Uels

24809

16

17

Ukrayna

24686

17

19

İrlandiya

24609

18

21

Macarıstan

24186

19

16

Bosniya H.

24040

20

22

Slovakiya

23654

21

18

İsveç

23406

22

20

Rumıniya

22857

23

24

Çexiya

22847

24

24

Türkiyə

22518

25

26

Sloveniya

22287

26

27

Ş.İrlandiya

22277

27

29

İsrail

21752

28

23

Albaniya

21650

29

32

Danimarka

21251

29

28

Yunanıstan

21251

31

30

Monteneqro

20251

32

31

Norveç

20148

33

33

Şotlandiya

19921

34

34

Serbiya

19526

35

35

Bolqarıstan

19311

36

36

Litva

17921

37

37

Finlandiya

17321

38

41

Kipr

16771

39

38

AZƏRBAYCAN

16701

40

39

Estoniya

16161

41

40

Belarus

15888

42

42

Gürcüstan

15403

43

46

Ermənistan

14445

44

43

Latviya

14321

45

44

Farer adaları

13610

46

45

Qazaxıstan

13271

47

49

Moldova

12930

48

47

Makedoniya

12531

49

48

Lüksemburq

12511

50

50

Lixtenşteyn

11410

51

51

Malta

10730

52

52

Kosovo

10450

53

53

San-Marino

8850

54

54

Andorra

8820

55

55

Cəbəllütariq

8275

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR