Vəkili həbsdə olan ilahiyyatçıya bəraət istəyib

Vəkili həbsdə olan ilahiyyatçıya bəraət istəyib
# 13 dekabr 2016 07:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. E. Mustafaoğlu isə son söz üçün vaxt istəyib. Proses dekabrın 22-də davam edəcək.

Qeyd edək ki, ötən iclas dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsə 12 illik həbs cəzası təyin olunmasını istəyib.

E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR