Lənkəran sakini Ucarda bədbəxt hadisə nəticəsində ölüb

Lənkəran sakini Ucarda bədbəxt hadisə nəticəsində ölüb
# 11 sentyabr 2015 12:07 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Lənkəran sakini Ucarda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar Mərkəzi Rayon xəstəxanasında baş verib.

Lənkəran rayon sakini, 30 yaşlı Amil İsibarov fəhlə kimi işlədiyi xəstəxanada foyenin şüşələrini təmizləyərkən nərdivandan yıxılıb və hadisə yerində dünyasını dəyişib. Məlumata görə, hadisə mərhumun qardaşının gözləri qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR