Papua-Yeni Qvineya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Taron şəhərindən 193 km cənubda, ocağı isə 5,7 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.