Yaşar Aydəmirov: “Şəhidimizin qisası tezliklə alındı”

Yaşar Aydəmirov: “Şəhidimizin qisası tezliklə alındı”
# 16 yanvar 2017 14:00 (UTC +04:00)

“Bu gün erməni mətbuatı düşmən ordusunun daha 2 hərbi qulluqçusu – Qaqik Vardanyan və Araik Sarkisyanın ölüm xəbərini yayıb. Bu, bir daha sübut edir ki, Azərbaycan Ordusu cəbhə xəttində baş verənlərə tam nəzarət edir, əməliyyat və taktiki üstünlük tərəfimizdədir”.

Bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. Onun fikrincə, müsbət cəhətlərdən biri də odur ki, görülən adekvat cavab tədbirləri nəticəsində şəhidimizin qisası tezliklə alınıb: “Ermənilər qısa müddətdə cəzalandırıldı. Əminəm ki, bundan sonra da belə olacaq. Ermənilər anlamalıdırlar ki, təxribatlar törədərək cəbhədə vəziyyəti gərginləşdirdikcə onların mənasız itkilərinin sayı artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR