NATO-nun Avropadakı komandanı Rusiyanı “Taliban”ı təchiz etməkdə günahlandırıb

NATO-nun Avropadakı komandanı Rusiyanı “Taliban”ı təchiz etməkdə günahlandırıb
# 24 mart 2017 02:48 (UTC +04:00)

NATO-nun Avropadakı komandanı Rusiyanı “Taliban”ı təchiz etməkdə günahlandırıb

NATO və ABŞ-ın Avropadakı qoşunlarının komandanı Kertis Skaparotti Rusiyanı Əfqanıstandakı “Taliban” radikal hərəkatı təchiz etməkdə günahlandırıb.

“Mən son zamanlar Rusiyanın təsirinin və, çox ehtimal ki, “Taliban” üçün tədarüklərin artdığını müşahidə edirəm”, - deyə Skaparotti Senatın Silahlı Qüvvələrə daie komitəsində çıxışı zamanı bildirib. O, məsələ ilə heç bir təfərrüat və ya dəlil təqdim etməyib.

Qeyd edək ki, NATO-nun hazırda Əfqanıstanda 13 minədək əsgəri bar.

Rusiya XİN-i bundan əvvəl qeyd edib ki, Moskvanın taliblərlə məhdud təmasların məqsədi onları milli barışığa qatılmağa sövq etmək və Əfqanıstandakı rusiyalıların təhlükəsizliyini təmin etməkdir. XİN-dən bildirilib ki, Əfqanıstanın rəsmi şəxslərinin 2015-ci ildə Qətər, Çin, BƏƏ, Norveç və Pakistanda “Taliban” nümayəndələri ilə keçirdiyi müzakirələr zamanı, hərəkat faktiki olaraq Kabil tərəfindən eyni hüquqlu danışıqlar iştirakçısı kimi qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR