Brüsseldə “Mənim Azərbaycanım” adlı fotosərgi açılıb

Brüsseldə “Mənim Azərbaycanım” adlı fotosərgi açılıb
# 24 oktyabr 2016 23:13 (UTC +04:00)

Bakı-APA. Оktyabrın 24-də Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində "Mənim Azərbaycanım" adlı, fotoqraf Orxan Aslanovun foto əsərlərindən ibarət sərginin açılışı keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, açılış tədbirində çıxış edən Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Azərbaycanın, öz müstəqilliyini bərpa etdiyi 1991-ci ildən ötən müddət ərzində qət etdiyi inkişaf yolundan ətraflı bəhs edib və ölkəmizin bu gün beynəlxalq müstəvidə güclü mövqeyi ilə seçilən etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb. O, hazırkı sərginin Avropalı dostlarımıza Azərbaycanın insanları və gözəl təbiəti ilə yaxından tanışlığa imkan yaratdığını əlavə edib.

Daha sonra çıxış edən fotoqraf Orxan Aslanov "Mənim Azərbaycanım" layihəsinin 2 illik fəaliyyətinin məhsulu olduğunu bildirib, burada nümayiş etdirilən əsrarəngiz mənzərələrin doğma yurdumuzun gözəlliklərinin yalnız bir hissəsi olduğunu diqqətə çatdırıb.

Sərgidə nümayiş etdirilən fotoşəkillər gecə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR