AMB portfel investisiyaları üzrə öhdəliklərin artımının səbəblərini açıqlayıb

AMB portfel investisiyaları üzrə öhdəliklərin artımının səbəblərini açıqlayıb
# 25 yanvar 2018 12:54 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında portfel investisiyaları maddəsi üzrə öhdəliklərin artımının səbəblərini açıqlayıb.

"APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, 2017-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında portfel investisiyaları maddəsi üzrə 2 mlrd. 768.2 mln. dollar məbləğində öhdəliklərin artımı qeydə alınıb.

Mərkəzi Bankdan qeyd ediblər ki, 2017-ci ilin 9 ayı ərzində tədiyyə balansında neft-qaz sektoru üzrə öhdəliklərin xalis artımı 942,4 mln. dollar olub: "Bu neft-qaz sektoru üzrə xaricdə qiymətli kağızların yerləşdirilməsi və xaricdə yerləşdirilmiş avrobondlar üzrə öhdəliklərin azaldılması nəticəsində formalaşıb".

AMB-dən onu da əlavə ediblər ki, 2017-ci ilin 9 ayı ərzində tədiyyə balansında digər sektorlar üzrə öhdəliklərin xalis artımı 1 mlrd. 825,8 mln. dollar olub: "Bu borc qiymətli kağızların (dövlət sektoru) xaricdə yerləşdirilməsi və xaricdə yerləşdirilmiş avrobondlar üzrə öhdəliklərin azalması nəticəsində formalaşıb", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR