Tacikistanın Əfqanıstanla sərhədində atışma olub, hərbi hissə komandiri ölüb

Tacikistanın Əfqanıstanla sərhədində atışma olub, hərbi hissə komandiri ölüb
# 03 dekabr 2017 09:59 (UTC +04:00)

Ötən gecə Əfqanıstanla sərhəddə atışma zamanı Tacikistanın hərbi hissə komandiri ölüb, 4 hərbçi ağır yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Tacikistanın Əfqanıstanla sərhəddə yerləşən Şamsiddin Şoxin rayonunda əfqan qaçaqmalçıları ilə atışma zamanı polkovnik Xayriddin Əhmədov ölüb, 4 hərbçi ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Tacikistanın Əfqanıstanla 1430 km sərhədi var. Şamsiddin Şoxin rayonu mürəkkəb relyefi ilə bağlı sərhəddə yerləşən ən gərgin sahədir. Burada tez-tez narkotik vasitə tacirləri və silahlı qaçaqmalçılarla atışma baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR