Gəncədə yaşayış evində yanğın olub

Gəncədə yaşayış evində yanğın olub
# 03 mart 2017 18:31 (UTC +04:00)

Gəncədə yaşayış evində yanğın olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində Ağaməmməd Mehdiyevə məxsus yaşayış evində qeydə alınıb.

Ümumi sahəsi 105 kvadratmetr olan 3 otaqlı bir mərtəbəli evdə baş verən yanğını söndürmək üçün əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülsə də, evin 52 kvadratmetr çardaq hissəsi və bir otaqda olan əşyalar yanaraq sıradan çıxıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR