Samuxda iki qardaş bıçaqlanıb

Samuxda iki qardaş bıçaqlanıb
# 12 sentyabr 2017 23:09 (UTC +04:00)

Samuxda bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri 1990-cı il təvəllüdlü Xəyal və 1989-cu il təvəllüdlü Vüsal Məmmədov qardaşları bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə qardaşlar toyda həmkəndliləri tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR