Tacikistanda güclü sel 7 nəfərin ölümünə səbəb olub

Tacikistanda güclü sel 7 nəfərin ölümünə səbəb olub
# 21 iyul 2015 09:23 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Tacikistanda güclü sel nəticəsində 7 nəfər həlak olub, 100-dən çox ev dağılıb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, selin törətdiyi fəsadlar nəticəsində infrastruktur obyektlərinə, eləcə də məktəb və mağazalara ziyan dəyib.

Selin vurduğu ziyanın 50 milyon dollardan çox olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR