Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri "Təmiz Şəhər"də təcrübə keçir - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri "Təmiz Şəhər"də təcrübə keçir - <span style="color: red;">FOTO
# 14 iyul 2015 12:14 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri "Təmiz Şəhər" ASC-də təcrübə keçirlər. Altmışa yaxın tələbə 10-15 iyul tarixlərində ASC-in müəssisələrində olacaq, Bakıda tullantıların necə idarə edilməsi ilə yerində və əyani tanış olacaqlar.

ASC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu təcrübə proqramı təhsil müəssisəsi ilə cəmiyyət arasında ötən il imzalanmış əməkdaşlıq memarandumuna əsasən keçirilir. Razılaşmaya görə, tərəflər təhsil, elm, ixtisas artırma, əmək məşğulluğu sahəsində əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq isə ölkə Prezidentinin 2013-cü ildə imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası”nın əsasında həyata keçirilir.

Universitetin Ekologiya mühəndisliyi kafedrasının tələbələri təcrübə zamanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi zavoduna baş çəkirlər. Burada Bakıdan yığılmış tullantılar qəbul edilərək çeşidlənir. Tullantının tərkibindəki metal, şüşə, kağız, plastik kimi materiallar ayrılır və təkrar emala yönəldilir. Tələbələr öyrəndi ki, bu zavodda il ərzində 200 min ton tullantı çeşidlənir.

Təcrübəçilər Bərk Məişət Tullantılarının Yandırılması zavodunda da çox maraqlı məlumat öyrəndilər: bu zavod ölkəyə 100 min evi elektriklə təmin edə biləcək enerji verir. Bunun hamısı paytaxtdan yığılan tullantıların yandırılmasından əldə olunur. Təkrar emala yararlı olmayan tullantılar bu zavoda nəql edilir və burada yandırılaraq elektrik enerjisi hasil olunur. Yandırma zavodunda il ərzində 500 min ton tullantı yandırılır. Tələbələr bütün bu prosesin necə həyata keçirildiyini müşahidə edirlər.

Tələbələrin baş çəkib işini öyrəndikləri digər məkan isə tullantıların zərərsizləşdirilməsi poliqonudur. Burada çeşidləməyə və yandırmaya yaramayan tullantılar basdırılır və üzəri xüsusi materiallarla ikiqat izolyasiya edilir. Əvvəllər Bakıdan yığılan tullantılar bir başa bu əraziyə atılırdı. Üzəri qapanmayan tullantılar isə ekoloji problemlər yaradırdı. Tullantıların çürüməsindən, yandırılmasından yaranan mənzərə və qoxu isə əraziyə yayılırdı. Təcrübəçilər son 4-5 ildə ərazinin necə dəyişdiyini özləri görərək bu sahədə böyük işlərin hansı formada aparıldığını öyrənirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR