İnquşetiyada 2 polis öldürülüb

İnquşetiyada 2 polis öldürülüb
# 08 aprel 2017 10:33 (UTC +04:00)

Rusiya Federasiyasının İnquşetiya Respublikası ərazisində terror aktı törədilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, aprelin 8-nə keçən gecə naməlum şəxslər Malqobek şəhərində polis avtomobilini avtomat silahdan atəşə tutublar. Nəticədə 2 polis əməkdaşı ölüb.

İlkin məlumata əsasən hücumda azı 2 nəfər iştirak edib. Fakt üzrə cinayət işi qaldırılıb, terrorçuların yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR