Azərbaycan maye qazın ixracını 46% azaldıb

Azərbaycan maye qazın ixracını 46% azaldıb
# 20 dekabr 2019 12:16 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 49,1 min tona yaxın maye qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən maye qazın dəyəri 11,23 mln. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 24,4% azalıb.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan 78,92 min ton maye qaz ixrac edib, bu da 2017-ci il ilə müqayisədə 8,6% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR