İndoneziyada torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

İndoneziyada torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb
# 08 dekabr 2016 03:23 (UTC +04:00)

İndoneziyanın Yava adasında baş verən iki torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, birinci torpaq sürüşməsi zamanı Halimun-Salak milli qoruğunda qanunsuz qazıntılar aparan 11 nəfər, daha sonra isə Çikatomas kəndində daha 2 nəfər həyatını itirib.

İndoneziyanın təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə milli İdarəsinin hesablamalarına əsasən, bu ilin əvvəlindən ölkədə 487 torpaq sürüşməsi faktı qeydə alınıb, 161 nəfər ölüb, 88 nəfər xəsarət alıb. Torpaq sürüşməsi minlərlə evi dağıdıb, 38 092 nəfərə ziyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR