Bankların depozit portfeli artıb

Bankların depozit portfeli artıb
# 04 oktyabr 2017 11:57 (UTC +04:00)

Bu ilin sentyabr ayının 1-nə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 535,1 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.


Hesabatdan məlum olur ki, avqustda ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği artıb. Belə ki, iyul ayı ilə müqayisədə avqustda banklardakı depozitlərin məbləği 69,50 mln. manat və ya 0,42% artıb.

İyul ayı ilə müqayisədə avqustda əhalinin banklardakı əmanətlərinin həcmi 37,60 mln. manat və ya 0,55% artıb. Sentyabr ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 871,7 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR