Ötən il il Bakı şəhər Prokurorluğunda 578 cinayət işinin istintaqı tamamlanıb

Ötən il il Bakı şəhər Prokurorluğunda  578 cinayət işinin istintaqı tamamlanıb
# 13 yanvar 2017 14:08 (UTC +04:00)

Ötən il Bakıda qeydə alınan cinayətlərin statistikası açıqlanıb.

APA-nın məlumatına görə, Bakı şəhər Prokurorluğunda ötən ilin yekunlarını və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat qeyd olunub ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə edib. Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4903 cinayət işinin istintaqı tamamlanıb.

Müşavirədə paytaxtın prokurorluq və daxili işlər orqanlarının birgə hayata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib, həmçinin həmin kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub ki, bütün bunlar respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib.

Qeyd olunub ki, Nərimanov rayonunda Janna və oğlu Aleksandr Məhərrəmovların, Nəsimi rayonunda Məryəm Named-zadənin, Yasamal rayonunda Kamran Mahmudovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri, o cümlədən ötən illərdən itkin düşmüş Elnur Hümbətovun Xəzər rayonunda qəsdən öldürülməsi cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.

Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanıb. Bildirilib ki, bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ildən-ilə paytaxtda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri, həmin hadisələr nəticəsində ölənlərin sayı, eyni zamanda bağlı qalmış cinayətlərin sayı azalıb. Müşavirədə həmçinin, bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR