“Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na internet informasiya ehtiyatlarının müvafiq hissəsi (bir və ya bir neçə veb səhifəsini) də daxil ediləcək.
APA-nın məlumatına görə, bu, Mili Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, siyahının adı dəyişərək “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı” olacaq. Bununla əlaqədar qanunun 13-3.8-ci maddəsinə də dəyişiklik təklif olunur. Qüvvədə olan qanuna əsasən, İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Layihəyə əsasən, İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın İnternet informasiya ehtiyatında və ya onun müvafiq hissəsində (bir və ya bir neçə veb səhifəsində) yayılmasının qanunla qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini (bir və ya bir neçə veb səhifəsini) şəxsin müraciəti əsasında “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı”na daxil edəcək.
Hazırda internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir. Layihəyə əsasən, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Qadağan edilən informasiya yayan informasiya ehtiyatlarının veb səhifələrinin siyahısı olacaq
Media
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib
Media və Yayım Şurası çağırış edib: Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur
Xəbər Lenti
Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
Şavkat Mirziyoyev Bakıya gəlib - YENİLƏNİB
Azərbaycan nümayəndə heyəti Qazaxıstanın aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış olub
Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub - VİDEO
Tramp ABŞ-da aralıq seçkiləri müşahidə etmək üçün ATƏT-i dəvət etməyib
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
Emoməli Rəhmon Azərbaycana səfərə gəlib
Zaqatalada 79 yaşlı kişi itkin kimi axtarılır
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Ekspert: Bu gün təhsil sistemi inkişaf etmiş ölkələrdə vahid məktəbli geyimindən istifadə olunur
Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub
Kanak siyasətçi: Fransaya müstəmləkəçilik siyasətini davam etdirməyə icazə verə bilmərik
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
Bakıda Azərbaycan-Laos investisiya və biznes forumu keçirilib - FOTO - YENİLƏNİB
Sabah Bakıda AQEM-in VII sammitində qəbul ediləcək sənəd layihələri üzrə razılıq əldə olunub
"OPEC+" ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq
Evimizi sevirik, amma qayğısına qalmırıq
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
Deputat: Təhsildə dünyəvilik prinsipi erkən nikah kimi problemlərin həllində də mühüm rol oynayır
Azercell-in dəstəyi ilə “AWS Agentic Football Cup” keçiriləcək
Azərbaycan və Qırğızıstan xüsusi təyinatlıları arasında əməkdaşlıq müzakirə olunub- VİDEO
Novak: ABŞ-la dizel razılaşması Rusiyada neft hasilatını artıracaq
Lavrov Azərbaycana gəlib - YENİLƏNİB
Rusiya vətəndaşları Qazaxıstana səfər etmək üçün elektron giriş icazəsi almalıdır
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
AccessBank 2026-cı ilin III rübü üzrə maliyyə hesabatını açıqlayıb
Ramanada atasını öldürməkdə ittiham edilən gəncə hökm oxunub
İsrail Prezidenti Bakıda AQEM sammitində iştirak edəcək
Bağçalı: Türkiyə ilə Azərbaycan arasına nifaq toxumlarının səpilməsinə icazə verilməməlidir
QHT sədri: Kəlağayı milli-mənəvi dəyərimizin bir parçasıdır
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Məktəbli forması, dünyəvi təhsil, milli dəyərlər: Uşaqların ideoloji mübarizələrə cəlb edilməsi yolverilməzdir - TƏHLİL
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Sosioloq: Vahid məktəbli forması olduqda heç kimin geyimi xüsusi diqqət çəkmir
Bakı-Qazax yolunda qəzada 6 nəfər xəsarət alıb
"Bank Avrasiya"nın xalis mənfəəti 30% azalıb
Gədəbəydə yol qəzasında qadın ölüb, 12 yaşlı oğlu xəsarət alıb - YENİLƏNİB
Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərində təhsil standartlarının yenilənməsi ilə bağlı layihə hazırlanıb
Laos AQEM-ə üzv olur - FOTO
İran XİN rəhbərinin müavini Qəribabadi Bakıda AQEM-in sammitinə qatılacaq
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
UKMTO: Hörmüz boğazında iki ticarət gəmisi vurulub
FHN Sumqayıt Regional Mərkəzində “açıq qapı günü” keçirilib - VİDEO
Təhsil eksperti: Vahid geyim forması sağlam təhsil mühiti üçün əsas amillərdən biridir
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
Ermənistan və Rusiya dəmir yolu ilə bağlı məsələləri həll etmək üçün işçi qrupu yaradacaq
Masazırda minik avtomobili və yük maşını toqquşub, xəsarət alan var - VİDEO
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb