Qohumunu öldürən şəxslə bağlı psixiatrik ekspertiza təyin edilib

Qohumunu öldürən şəxslə bağlı psixiatrik ekspertiza təyin edilib
# 12 dekabr 2016 14:48 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisi oğlunu öldürməkdə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkil hüquqlarını müdafiə etdiyi şəxsin anlaqlı vəziyyətdə olmadığını əsas gətirərək, ekspertiza keçirilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə kollegiyası vəsatəti təmin edib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR