İraqın Təl Afər şəhəri İŞİD-dən tamamilə azad edilib

İraqın Təl Afər şəhəri İŞİD-dən tamamilə azad edilib
# 26 avqust 2017 23:11 (UTC +04:00)

İraqın Təl Afər şəhəri İŞİD terrorçularından tamamilə azad edilib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə İraq ordusunun birləşmələrindən birinin komandanı general Nacim Əl Cabiri bildirib.

“Hazırda şəhər tam azad edilib, son “təmizlənmə” tədbirləri görülür. Yalnız şəhərin ətrafındakı Əsgəri rayonu qalıb, lakin onu da, İnşallah, sabahadək azad edərik”, - deyə general qeyd edib.

Qeyd edək ki, İraqın Təl Afər şəhərinin İŞİD-dən azad edilməsi uğrunda əməliyyat avqustun 20-dən başlayıb. Bu şəhər İŞİD-in İraq-Suriya sərhədində sonuncu ən iri dayaq nöqtəsi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR