DİM növbəti SAT imtahanlarını keçirib

DİM növbəti SAT imtahanlarını keçirib
# 05 dekabr 2016 09:38 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 3-də növbəti SAT imtahanlarını (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Mərkəzin inzibati binasında təşkil olunmaqla təlimata uyğun təşkil edilib. İmtahanlara 48 nəfərin qatılması ı nəzərdə tutulsa da, 43 nəfər gəlib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Nəticələrin dekabrın 22-də elan olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR