QMİ: Allahşükür Paşazadənin kürəkəninin həbsi barədə xəbərlər yalandır

QMİ: Allahşükür Paşazadənin kürəkəninin həbsi barədə xəbərlər yalandır
# 18 sentyabr 2017 13:16 (UTC +04:00)

Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu həbs edilib.

Bu barədə APA-ya vəkil Cavanşir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu maddə ilə təqsirləndirilən şəxsi 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Vəkil onu da qeyd edib ki, həbs qətimkan tədbiri sentyabrın 14-də seçilib, sentyabrın 15-də isə apellyasiya şikayəti veriblər.

Apellyasiya şikayətinə yaxın günlərdə baxılacaq.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Bu barədə ilk xəbəri "olke.az" saytı yayıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) də Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat Qalib Salahzadənin oğlunun həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq həbsin Şeyxülislamla heç bir əlaqəsi olmadığı deyilib.

Bildirilib ki, həbs edilən şəxsin Şeyxülislamın kürəkəni olması xəbəri də yanlışdır: “Şeyxülislamın kürəkəninin adı Əliabbas Salahzadədir, həbs edilən isə Əlihüseyndir. Ümumiyyətlə, bu həbsin Şeyxülislamla əlaqələndirilməsi idarənin, Şeyxülislamın fəaliyyətinə kölgə salmaq istəyənlərin cəhdidir”.

Qeyd edək ki, bəzi saytlar tutulan şəxsin A. Paşazadənin kürəkəni olduğu barədə məlumat yayıb.

Hafiz Heydərov

Mübariz Aslanov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR