Bakı Musiqi Akademiyasının professoru Aida Tağızadənin yubileyi münasibətilə təqdimat keçirilib

Bakı Musiqi Akademiyasının professoru Aida Tağızadənin yubileyi münasibətilə təqdimat keçirilib
# 12 fevral 2014 16:52 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü. Hacıbəyli adına Konsert Salonunda əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Aida Tağızadənin 80 illik yubileyi münasibətilə “XX əsrin Azərbaycan musiqisi” adlı elmi və publisistik məqalələr toplusunun təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə, xalq yazıçısı Çingiz Abdullayev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Bakı Musiqi Akademiyasının professorları Zümrüd Dadaşzadə, Ülviyyə İmanova və başqaları iştirak edib.

F. Əlizadə Aida Tağızadənin musiqişünas və müəllim kimi fəaliyyətindən danışıb, onun əsərlərini Azərbaycan musiqi tarixinin sanballı nümunələri kimi dəyərləndirib: “Aida xanım mənim müəllimim olub və o, bütün ömrünü Azərbaycan musiqisinə həsr edib. Xaricdən gələn qonaqlar Aida Tağızadənin kitablarına baxıb deyirlər ki, bu kitablara görə siz özünüzü xoşbəxt hiss edə bilərsiniz”.

Yubiley mərasimində xalq artisti Yeganə Axundova, əməkdar artistlər Fəridə Məmmədova, Töhfə Babayeva, Anton Fernştadt, İlahə Sadıqzadə və Ellada Nəcəfovanın iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR