İranla Oman arasında 10 mlrd. kubmetr qazın ixracı ilə bağlı razılaşma imzalanıb

İranla Oman arasında 10 mlrd. kubmetr qazın ixracı ilə bağlı razılaşma imzalanıb
# 13 mart 2014 23:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Oman arasında təbii qazın ixracı ilə bağlı razılaşma imzalanıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə açıqlama verib.

Nazir deyib ki, iki ölkə arasında imzalanmış sazişə əsasən, İrandan Omana 10 mlrd. kubmetr həcmində “mavi yanacaq” ixrac ediləcək: “Belə ki, İran Hörmüzqan vilayətinin Rudan bölgəsindəki təbii qaz kəməri Omanın Səhar bölgəsinin boru xəttinə birləşdiriləcək. Quru və dənizdə bütün boru xətlərinin tikintisi tamamilə Oman tərəfindən həyata keçiriləcək və İran ödəməni “mavi yanacaq” satışından əldə olunacaq gəlirdən təmin edəcək. İranın Omana ixrac edəcəyi qaz bu ölkənin daxili tələbatını ödəməklə yanaşı, qonşu dövlətlərə də satılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR