Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi təxminən 3 dəfə azalıb

Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi təxminən 3 dəfə azalıb
# 06 yanvar 2014 12:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda son 10 il ərzində vərəm xəstəliyindən ölüm göstəricisi 2,6 dəfə azalıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu göstəricinin azalmasına vərəmin diaqnostikasının yaxşılaşdırılması, vərəmin multirezistent formalı xəstələrin aktiv müalicəyə cəlb olunması, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsi nəticəsində nail olunub.

Bununla yanaşı, Vərəmlə mübarizə üzrə Dövlət Proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri aparılıb. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası ilə yanaşı mikrobioloji müayinələrin aparılması Gəncə və İmişlidə də təşkil olunub. Bu laboratoriyalar müasir diaqnostik cihaz və avadanlıqla təchiz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR