Azərbaycanın təhsil naziri: “Bir çox dövlətlər öz tarixindən bədnam niyyətlərinə çatmaq üçün istifadə edir” - FOTO

Azərbaycanın təhsil naziri: “Bir çox dövlətlər öz tarixindən bədnam niyyətlərinə çatmaq üçün istifadə edir” - <span style="color: red;">FOTO
# 30 may 2013 13:28 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Bir çox dövlətlər öz tarixindən bədnam niyyətlərinə çatmaq üçün istifadə edir. Bu mənzərə bizim regionda da müşahidə olunur. Tarixi məqamlar təxribat məqsədilə istifadə olunur. Bu üzdən sivilizasiyaların dialoqu çox vacibdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun “Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübə və çağırışlar” panelində çıxış edərkən bildirib.

M.Cabbarov qeyd edib ki, millətçilik münaqişələrdə öz əksini tapır: “Azərbaycan da münaqişə qurbanı olan ölkədir. Hamıya məlumdur ki, bu gün Azərbaycan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır”.

Təhsil naziri çıxışında “Birləşmək aləti kimi nədən istifadə edə bilərik?” sualına da cavab axtarıb: “Bu cür suallara cavab operativ müdaxilə tələb edir. Təəssüf ki, hələ də tarixə yanlış yanaşmalar mövcuddur. Bunlar isə konfrontasiya proseslərini dərinləşdirir. Mədəniyyətlərarası dialoq isə qarşılıqlı hörmətə əsaslanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR