Niderland yolların təhlükəsizliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşəcək

Niderland yolların təhlükəsizliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşəcək
# 06 mart 2013 13:43 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Niderland Azərbaycanla avtomobil yollarının təhlükəsizliyi və yol infrastrukturunun yaxşılaşdırılması üzrə əməkdaşlıq və təcrübə mübadiləsi etməkdə maraqlıdır. APA-nın məlumatına görə, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Uiyterlinde deyib.

Onun sözlərinə görə, aprel ayında Azərbaycanın Nəqliyyat Nazirliyi ilə yollarda təhlükəsizliklə bağlı birgə seminar keçirilməsi nəzərdə tutulur: “Hazırda biz bu layihə üzərində işləyirik. Görürük ki, bu sahədə, infrastrukturun yaxşılaşmasında müəyyən nəticələr var, lakin yol-nəqliyyat hadisələrinin sayının çox olması hələ də problem olaraq qalır. Biz bu sahədə öz təcrübə və biliklərimizi Azərbaycanla bölüşmək istəyərdik, çünki Niderland yol-nəqliyyat hadisələrinin sayının az olmasına görə dünyada ilk yerlərdən birini tutur. Yol təhlükəsizliyinin üç əsas aspekti mövcuddur: infrastrukturun inkişaf etdirilməsi, maarifləndirmə işi və yollarda qaydalara riayət edilməsi. Bizim ölkədə bu məsələlər üzrə işləyən dövlət müəssisəsi və ekspertlər var. Onlar seminarda öz biliklərini bölüşəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR