Azərbaycan prezidenti Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayırıb

Azərbaycan prezidenti Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayırıb
# 17 aprel 2015 16:03 (UTC +04:00)

APA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR