Azərbaycanın müdafiə naziri: “İşğal olunmuş ərazilərdəki vəziyyət barədə tam məlumatlıyıq”

Azərbaycanın müdafiə naziri: “İşğal olunmuş ərazilərdəki vəziyyət barədə tam məlumatlıyıq”
# 24 iyun 2015 08:39 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. “Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyət barədə tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır”.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

Zakir Həsənov bildirib ki, bunun günahkarı kriminal Ermənistan rejimi, onun başçılarıdır: “Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR