«Azərpoçt» Azərbaycan ərazisində elektron ticarətlə alınan malları ünvanlara çatdırmağa hazırdır

«Azərpoçt» Azərbaycan ərazisində elektron ticarətlə alınan malları ünvanlara çatdırmağa hazırdır
# 05 mart 2013 13:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC Azərbaycanda əhali tərəfindən şəhər və rayonlararası elektron ticarətlə alınmış mal və məhsulları ünvanlara çatdırmağa hazırdır. «APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə elektron ticarətin həcmi azdır və ümumi ticarətdə «e-ticarət»in payı yalnız 1-2% təşkil edir: «Buna baxmayaraq, «Azərpoçt» ölkə daxilində əhali tərəfindən elektron ticarət vasitəsilə əldə etdiyi mal və məhsulları şəhər və rayonlararası çatdırmağa hazırdır. Sadəcə, indiyədək heç bir şirkət bu barədə müraciət etməyib. Biz isə, öz növbəmizdə, elektron ticarətlə məşğul olan bütün şirkətlərlə əməkdaşlıq etməyə hazırıq».

N.Məmmədov onu da bildirib ki, 2012-ci ildə «Azərpoçt» əhali tərəfindən elektron ticarət vasitəsilə xaricdən alınan mal və məhsulları ünvanlara çatdırıb və ötən il bu göstərici 2-3 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR