Qaynını öldürən şəxs tutulub

Qaynını öldürən şəxs tutulub
# 11 fevral 2015 07:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda ötən gecə baş verən qətlin üstü açılıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbəsində qətl hadisəsi törədən 1987-ci il təvəllüdlü Əfqan Yusibov tutulub.

Qeyd edək ki, Əfqan Yusibov aralarında yaranan münaqişə zəminində qayını, 1990-cı il təvəllüdlü Vüqar Yasin oğlu Salmanovu bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR