Putin: “Kadırovun belə danışmağa haqqı yox idi”

Putin: “Kadırovun belə danışmağa haqqı yox idi”
# 18 dekabr 2014 11:54 (UTC +04:00)

APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Moskvada keçirdiyi ənənəvi brifinqdə Rusiya prezidenti Vladimir Putin “Dojd” telekanalının müxbiri Kseniya Sobçakın “Ramzan Kadırov bəyan edib ki, Çeçenistan ərazisində Rusiya qanunları işləmir. O deyib ki, terror aktlarında iştirak edənlərin qohumları cəzalandırılacaq. Siz bu insanları müdafiə edəcəksinizmi?” sualına cavabında deyib.

Çeçenistan rəhbəri R. Kadırovun emosional çıxışını başa düşdüyünü deyən Rusiya prezidenti çeçen cəmiyyətinin ondan məhz bunu gözlədiyini vurğulayıb. Bununla yanaşı V. Putin Kadırovun belə danışmağa haqqının olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR