Azərbaycan yanvar-may aylarında 4 mln. kubmetrə yaxın təbii qaz ixrac edib

Azərbaycan yanvar-may aylarında 4 mln. kubmetrə yaxın təbii qaz ixrac edib
# 17 iyun 2015 10:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-may ayları üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may aylarında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 907 min 398,24 kubmetr qaz kondensatı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azdır.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 3 mln. 842 min 386,82 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 4,17% çoxdur.

Yanvar-may aylarında 148 min 540,95 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 27,03% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR